İşin təsviri
Tələblər:
- Ali təhsilli olmalı;
- Aidiyyatı sahə üzrə minimum 2-3 il iş təcrübəsi olmalı;
- Ofis proqramlarında işləməyi bacarmalı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarmalıdır.
- B kateqoriyası sürücülük vəsiqəsi.
- Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
- Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı olmalıdır
İş haqqında məlumat:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
- Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı və Sumqayıt şəhərləri
Email-in mövzu hissəsində “ƏMTT üzrə mütəxəssis ( SƏTƏM )" qeyd etməyiniz xahiş olunur.