Mühasib köməkçisi

İşin təsviri

İş barədə məlumat:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
  • Kassa  əməliyyatlarının yerinə yetirilməsi.
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
  • Elektron  qaimə , faktura,  hesab fakturalarının işlənməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
  • Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.

Əsas tələblər:

  • Staj: 1-3 il
  • Yaş: 26 — 40 yaş
  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
  • Tibb sahəsində təcrübəsi olan mühasiblərə üstünlük verilir.
  • Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
  • 1C proqramını və Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş şərtləri:

  • İş qrafiki: Həftənin 5  günü ( Həftə içi 09:00-dan 18:00 dək) istirahət günü:Şənbə, bazar.
  • Əmək haqqı: 500-700 AZN
  • İlk 2 ay sınaq müddəti ərzində əmək haqqı 400 AZN olacaq. 2 ay sınaq müddətindən sonra əmək haqqı 500-700 AZN arası dəyişəcəkdir .

Cv formasında şəkil olması mütləqdir. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə ”Mühasib köməkçisi” qeyd edərək [email protected]  [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Business Accounting tərəfindən digər vakansiyalar