Biznesin inkişafı üzrə menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilər cəlb etmək
  • Müştərilərdən daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq
  • Yük daşınma bazarını mütəmadi təhlil etmək, müvafiq təkliflər hazırlamaq
  • Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq
  • Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək
  • Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək
  • Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək
  • Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək
  • Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq
  • Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək
  • Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq
  • Daşımalar üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək
  • Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq
  • İşçi heyətini idarə etmək, iş bölgüsünü aparmaq, hədəfləri müəyyənləşdirmək, icrasına nəzarəti və qiymətləndirilməsini təmin etmək
  • Gündəlik reyslərin izlənməsi
  • Aylıq, rüblük hesabatların hazırlanması və təqdimatı

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • İdarəetmə sahəsində minimum 5 il, o cümlədən logistika sahəsində 3 illik iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli
  • Komputer bilikləri: Word, Excel, Power Point, Outlook proqramlarını mükəmməl bilməli
  • İş yeri : Winter Park Plaza
  • İş saatı: 08:30-17:30
  • Əmək haqqı: Razılaşma yolu ilə

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

AGT Cargo tərəfindən digər vakansiyalar