Baş Mühasib (logistika şirkəti)

  • AGT Cargo
  • Elanın qoyulma tarixi: 11.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi;
  • Müəssisənin hesablaşma hesabına daxil  və xaric olan vəsaitlərin  uçotunun aparılması;
  • Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi;
  • Maliyyə aktivlərinin idarə olunması
  • Rəsmi hesabatların (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim edilməsi
  • Vergi risklərinin hesablanması
  • Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi
  • Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması
  • Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
  • Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Qeyd edilən sahədə ən az 5 il iş təcrübəsi;
  • Logistika sahəsində iş təcrübəsinin olması üstünlükdür
  • 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
  • Dil bilikləri: azərbaycan dili - əla, rus dili- əla, ingilis dili - danışıq səviyyəsi;
  • Vergi və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər;
  • Beynəlxalq mühasibat uçotu standartlarını bilmək (ACCA və digər sertifikatların olması üstünlükdür).

İş qrafiki:

  • 5 günlük,
  • İstirahət günləri: şənbə və bazar;
  • Iş yeri: Bakı şəhəri, White City Plaza.
  • Əmək haqqı: Razılaşma yolu ilə

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində "Baş Mühasib" qeyd etməklə, elektron poçt ünvanına göndərmələri xahiş olunur.