Hüquqi təminat şöbəsinin hüquq məsləhətçisi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 25.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 400-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hüquqi təminat şöbəsinin hüquq məsləhətçisi

Namizədə tələblər

• Yaş: 23-30;
• Cinsi: kişi və ya qadın;
• Təhsil: Ali hüquq təhsili;
• İş təcrübəsi: hüquq sahəsi üzrə min. 1 il;
• Dil bilikləri: Azərbaycan (əla), rus (əla), ingilis dili arzu olunandır
• Kompüter bilikləri: MS Office

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı;
• Nitq mədəniyyəti;
• Məsuliyyətlilik;
• Yüksək təhlil qabiliyyəti;
• Araşdırma bacarıqları;
• Komandada işləmək bacarığı;
• Gərgin iş və stresə davamlılıq. 

Əsas vəzifə öhdəlikləri

• Hüquqi sənədlərin (məktub, müqavilə və.s) tərtib edilməsi;
• Şirkətin struktur bölmələrinə hüquqi yardım göstərilməsi;
• Sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi və rəy verilməsi;
• Hüquqi məsələlərlə bağlı sorğuların cavablandırılması;
• Zərurət olduqda Şirkəti üçüncü şəxslər qarşısında təmsil etmək.

İş şərtləri

• Əmək müqaviləsi
• İş vaxtı 09:00 - 18:00
• İş günü – 5/2
• Şirkət tərəfindən nahar
• Əmək haqqı: 1000-1500 AZN

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər
(məktubun mövzu bölməsində Hüquqşünas qeyd etmək mütləqdir).