Satınalma üzrə menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət rəhbərliyinin sorğuları əsasında malların vaxtında satın alınmasının təmin edilməsi;
  • Etibarlı təchizatçıların axtarışı;
  • Şirkətin maraqlarına uyğun təchizatçılarla kommersiya danışıqlarının  aparılması;
  • Təchizatçılardan daxil olan informasiyaya operativ reaksiyanın  verilməsi  və onu Şirkət rəhbərliyinin diqqətinə çatdırılması;
  • Aylıq satınalma planının tərtib edilməsi;
  • Satınalmaların statistik məlumatlarının təhlili, cari və gələcək dövrlər üçün materialların mövcudluğu və tələbatının müəyyənləşdirilməsi;
  • Şirkətin iş reqlamentinə uyğun olaraq işin yekunlarına dair hesabatların verilməsi;
  • Təchizatçıların təkliflərini, qiymət səviyyəsini, satış bazarının inkişaf perspektivlərini öyrənmək üçün marketinq tədqiqatlarının təmin edilməsi;
  • Şirkət rəhbərliyindən sifarişlərin qəbulu və işlənməsi, məhsulların satın alınması ilə bağlı zəruri sənədlərin rəsmiləşdirilməsi;
  • Çeşiddəki bütün dəyişikliklər, qiymətlərin artması və azalması, habelə zəruri məhsulların alınması müddəti  barədə Şirkət rəhbərliyinin  məlumatlandırılması;
  • Qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün şirkətin bölmələri ilə qarşılıqlı əlaqə;
  • İşçi görüşlərdə iştirak;
  • İş və hesabat sənədlərinin aparılması;
  • İnformasiya sistemində təchizatçılar haqqında məlumatların aktiv vəziyyətdə saxlanılması;
  • Təchizatçılarla hesablaşmalar üzrə debitor borclarının qarşısının alınması;

Tələblər:

  • Azərbaycan, rus dillərini sərbəst bilmək; 
  • Ali təhsil 
  • Ən azı 3 il analoji vəzifədə  iş stajı; 
  • MS Office-ni  yaxşı  bilmək;
  • Satınalma strategiyasının rolunun planlaşdırılması, həyata keçirilməsi və idarə edilməsi bacarığı.

Şərtlər:

  • İş qrafiki 9:00 - 18:00, BE-C;
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
  • Qidalanmanın təqdim edilməsi;
  • Peşəkar iş mühiti;
  • Yardım etməyə və texniki köməklik göstərməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda.

Populyar kanallarımıza baxın:

  • Wilderness Cooking - https://www.youtube.com/c/WILDERNESSCOOKING
  • Kanan Badalov - https://www.youtube.com/c/KananBadalovChannel/videos

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

CV – lər 01 iyun 2024-cü il tarixinədək qəbul edilir.

Fotoşəkilli CV formasını mövzu hissəsində “Satınalma üzrə menecer” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.