Aparıcı mühasib

İşin təsviri

Əmək funksiyaları:

  • 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
  • ƏDV, mənfəət, DSMF, Statistika, məşğulluq hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
  • Maliyyə-mühasibat sahəsində minimum 5 il iş təcrübəsi (restoran,otel və istehsal istiqamətləri arzu olunandır)
  • Mühasibatlıq və maliyyə sahəsində sertifikatlarının olması üstünlükdür
  • Komanda ilə işləyə bilmə bacarığı
  • Əmək haqqı müsabiqə əsasında müəyyən olunur.
  • Nahar şirkət tərəfindən təmin olunur

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq mail ünvanına göndərilməsi xahiş olunur.