İnformasiya texnologiyaları üzrə sistem inzibatçısı (Junior)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • “1C 8.3 Enterprise” platformasına əsaslanan sistemin inkişafı layihələri üzrə təcrübəyə malik olmaq;
  • Serverlərin, fərdi kompüterlərin və periferik cihazların konfiqurasiyası, quraşdırılması və idarə edilməsi;
  • Əməliyyat sisteminin quraşdırılması, konfiqurasiyası, yenilənməsi, digər proqram təminatı (o cümlədən antivirus proqramı);
  • Məlumatların ehtiyat nüsxəsi və bərpası;
  • Sistemin informasiya təhlükəsizliyinin təmin edilməsi;
  • Müəyyən edilmiş qaydada şirkətin yerli elektron şəbəkəsinin istifadəçilərinə xidmət göstərmək üçün işləri görməli;
  • Dövlət ofis avadanlığının (printerlər, surətçıxarma avadanlığı) işinə nəzarət etmək və onların təmiri və məsrəf materiallarının tədarükü üçün operativ tədbirlər görməlidir;
  • 1C platformasında administrativ iş bacarığı, şirkətin təhlükəsizlik siyasətinə uyğun istifadəçilərə düzgün rolların verilməsi;
  • Mal hərəkətinin,biznes prossesin və satınalma zəncirinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
  • 3-cü tərəfə şirkətin 1C bazalarında yaranan nasazlıqların yeniliklərin yönləndirilməsi, iş gedişinə nəzarət etmək, nəticənin analizi və yekun nəticə ilə sonuncu istifadəçiləri məlumatlandırmaq.

Bilik və bacarıqları:

  • Windows “ailəsinin” əməliyyat sistemləri;
  • İnformasiya sistemlərinin qurulması prinsipləri;
  • Kommunikasiya sistemlərinin qurulması prinsipləri;
  • Əməliyyat sistemi (Windows OS nəzərdə tutulur) prosesləri arasında əlaqə üsulları;
  • Açıq sistemlərin qarşılıqlı əlaqə (OSI) modelinin kanal, şəbəkə, nəqliyyat və tətbiq səviyyələrinin protokolları;
  • Təhlükəsizlik siniflərinə görə əməliyyat sistemlərinin təsnifatı;
  • Əməliyyat sistemlərinin və verilənlər bazası idarəetmə sistemlərinin icazəsiz girişdən qorunması vasitələri;
  • Açıq sistemlərin qarşılıqlı əlaqə modelinin kanal, şəbəkə, nəqliyyat və tətbiq səviyyələrinin protokolları;
  • Quraşdırılmış proqram təminatının qurulması üçün lisenziya tələbləri;
  • İnfokommunikasiya sisteminin vahid strukturu çərçivəsində tətbiqi proqram təminatının işləmə parametrlərinin ölçülməsi, idarə edilməsi və monitorinqi üsulları;
  • Quraşdırılmış proqram təminatının qurulması və istismarı zamanı nəzərə alınan tipik zəifliklər.

Əlavə məlumat:

  • Bu vəzifədə ən azı 2 il iş təcrübəsinə malik olmalı;
  • İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
  • İş vaxtı: 5 günlük iş qrafiki ilə təyin olunur;
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

Əmək haqqı: 1500-2000 AZN.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.