IT Helpdesk

  • Iktex
  • Elanın qoyulma tarixi: 24.04.2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sistem səhvlərinin və avadanlığın diaqnozunu aparmaq və nasazlığı aradan qaldırmaq;
  • İstifadəçilərin problemlərinin tam həll olunmasını təmin etmək;
  • Yeni kompüterləri quraşdırmaq və korporativ domenə qoşmaq;
  • Yeni istifadəçilər üçün hesablar yaratmaq;
  • LAN, WiFi şəbəkələrinin işləməsini və problemlərin həllini təmin etmək;
  • USB və şəbəkə printerləri və skanerlərdəki nasazlıqları aradan qaldırmaq;
  • İT avadanlığı əvəzləşdimək və təmir etmək.

Tələblər:

  • Ali təhsil, aidiyyatı sahə üzrə sertifikat;
  • İT sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • Hərbi mükəlləfiyyətli (yaşı 26-dan çox olmayan);
  • Windows əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə təcrübə;
  • Şəbəkə üzrə başlanğıc biliklər; 
  • TCP / IP, DHCP və DNS protokolu;
  • E-poçtun quraşdırılması və konfiqurasiyası;
  • Kompüterin diaqnostikası və gündəlik problemlərin həlli;
  • Azərbaycan dilində səlist danışmaq, ingilis dilində texniki sənədləri anlamaq;
  • Güclü ünsiyyət bacarığı;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı.

Üstünlüklərimiz:

  • İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • Karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Ölkədaxili və xarici təlimlərdə iştirak;
  • Şirkət tərəfindən nahar.

Əmək haqqı – 500 AZN

Vakansiyanın tələblərinə uyğun gələn namizədlər mövzu hissəsində “İT Helpdesk” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.