Marketinq üzrə mütəxəssis

  • GL ASC
  • Elanın qoyulma tarixi: 23.04.2024

İşin təsviri

Şəxsi keyfiyyətlər:

  • Xoş görünüşlü və mehriban 
  • Etik qaydalara uyğun davranışa sahib 
  • Məsuliyyətli 
  • Ünsiyyət qurabilmə qabiliyyəti
  • Qərarvermə qabiliyyəti
  • Proaktiv

Peşəkar tələblər:

  • Mütləq müvafiq sahədə ali təhsil (Marketinq, biznes, menecement, iqtisadiyyat)
  • Marketinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi
  • Mükəmməl Azərbaycan dili, araşdırma səviyyəsində ingilis və rus dillərini bilmək
  • Microsoft ofis proqramları ilə işləmək
  • Kreativ və yeniliklərə açıq olan

İşçi bilməlidir:

  • Ümumi şəbəkə marketinqini və marketinq strategiyasının inkişaf əsaslarını 
  • Makro və mikro iqtisadiyyat barədə əsas anlayışları
  • Qlobal və yerli bazarda əsas marketinq tendesiyalarını 
  • Rəqəmsal və ənənəvi marketinq haqqında ümumi məlumatları
  • Marketinq planına və strategiyasına əsasən, analitik düşünərək və təhlil edərək işlərin icrasını
  • Düzgün marketinq alətlərinin, reklam və PR kanallarının seçilməsini
  • Qrafik, motion dizayn işlərində korporativ stilə, brendbuka uyğun düzgün seçimlər etməyi
  • Azərbaycan dilinin qrammatik normalarını
  • Marketinq araşdırmalarının aparılmasının ilkin nəzəriyyə və praktikalarını
  • Marketinq kampaniyalarının gedişatı prosesində müvafiq işlərin icrasını
  • Müqavilələrin bağlanması barədə qayda və əsas müddəaları

Vəzifə öhdəlikləri: 

  • Marketinq strategiyası və marketinq siyasətininə uyğun olaran işlərin icrası
  • Bazarın vəziyyətini, onu maraqlandıran məhsul və xidmətlərə tələb və təklifi daim öyrənmək 
  • Müxtəlif şirkətlərin nümayəndələri, müəssisənin partnyor-şirkətlərinin nümayəndələri ilə danışıqlar aparmaq 
  • Kütləvi informasiya vasitələrində press-relizlərin yerləşdirilməsi, iqtisadi təbliğat üçün yerləşdiriləcək məhsulların hazırlanması
  • TV, radio, rəqəmsal, indoor və outdoor, partizan və s. reklamlarının yerləşdirilməsinin seçim prosesində iştirak, müxtəlif layihələrdə sponsorluq təkliflərinin dəyərləndirilməsi üçün təkliflər vermək
  • Şirkətin əməkdaşlıq etdiyi vendorlarla və dövlət müəssisələri ilə B2B əlaqələrə uyğun işlərin icrası
  • Şirkətdaxili PR layihələrinin hazırlanması və icrasında iştirak
  • Rəqib analizi etmək, analizə əsasən hesabatlar hazırlamaq
  • Şirkətin korporativ stil və brendbukuna uyğun olaraq dizayn vizuallarının yaradılmasında iştirak
  • Şirkətin veb saytlarının idarəedilməsinə, məlumatların yenilənməsi üçün kontent, vizualların hazırlanmasında iştirak
  • Trendləri izləmək, kreativ yanaşmalar etmək, “RTM”-lərə uyğun işlərin icrası
  • Filiallar şəbəkəsi, departament və şöbələrlə qarşılıqlı işlərin icrası
  • ADRA ilə bağlı işlərin idarə edilməsi və icrası

Ə/h: razılaşma yolu ilə

Komandamıza qoşulmaqla Siz əldə edəcəksiniz:

  • Maliyyə bazarının liderlərindən olan şirkətdə iş təcrübəsi
  • Peşəkarlardan ibarət korporativ mühitdə nəticəyönümlü iş
  • Karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Korporativ nömrə ilə təmin olunma
  • Partnyor şirkətlərdə güzəşt və endirimlər