Aparıcı Mühasib

İşin təsviri

İşin təsviri:

  • Bank hesabları üzrə əməliyyatların edilməsi;
  • Vergi hesabatlarının (ƏDV, Mənfəət, ÖMV, Vahid Muzdlu), statistik hesabatların hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
  • Vergi orqanları ilə yazışmalar, kameral məktubların cavablandırılması ;
  • Elektron qaimə-fakturaların hazırlanması;
  • Debitor və kreditorlarla hesablaşmalara nəzarət;
  • Əmək haqqının ödənilməsi müddətinə uyğun olaraq bütün əmək haqqı əməliyyatlarının vaxtında və düzgün aparılmasını təmin etmək;
  • İş prosesində məlumatların məxfiliyinin qorunması;
  • Rəhbərliyin bu vəzifəyə aid işləri əhatə edən digər göstərişlərinin yerinə yetirilməsi.

İş şəraiti:

  • İş saatı: 1-5 gün 09:00-18:00.
  • Şənbə və bazar istirahət günləridir;
  • Mehriban və gənc komanda yoldaşları;
  • Komandanın qurulması və korporativ tədbirlər;
  • Şirkət məhsullarını endirimlə almaq imkanı;
  • Korporativ nömrə və limit;
  • Ünvan: Azure Biznes Mərkəzi
  • Əmək haqqı: Namizəddən asılı olaraq 1400-1800 AZN (NET).

Namizədə tələblər:

  • İqtisadiyyat üzrə ali təhsil (maliyyə, mühasibatlıq və oxşar ixtisaslar)
  • Göstərilən vəzifədə minimum 2 il iş təcrübəsi
  • MS Office və 1C proqramlarında yaxşı işləmək bacarığı.
  • Vergi Məcəlləsi və yerli mühasibat qanunvericiliyini bilməsi
  • Beynəlxalq mühasibatlıq sertifikatına (ACCA, DiPFR) malik olan və ya hazırda sertifikatlaşdırma üzərində işləyən namizədlərə üstünlük veriləcək.
  • Elektron hökumət portalları ilə işləmək bacarığı
  • Azərbaycan dilini mükəmməl bilmək (Rus və ingilis dili arzuolunandır)
  • Ünsiyyət qurmaq, fikirlərini ifadə etmək bacarığı

Zəhmət olmasa uyğun olmayan namizədlər CV göndərməsin.