Korporativ satış üzrə təcrübəçi

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsinə dəstək göstərilməsi
  • Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatların toplanaraq Anderraytinq şöbəsinə təqdim olunmasına dəstək göstərilməsi
  • Ərizə formasını vaxtında Anderraytinq şöbəsinə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsinə dəstək göstərilməsi
  • Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılmasına dəstək göstərilməsi
  • Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanmasına dəstək göstərilməsi

Biliklər:

  • Biznes və ya marketinq sahəsində ali təhsil
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür
  • Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri

Bacarıqlar:

  • Təşəbbüskarlıq
  • Ünsiyyət qurmaq bacarığı
  • Çalışqan olmaq
  • Öhdəliklərinə məsuliyyətli olmaq
  • Dəqiqlik
  • Fikirlərini aydın izah edə bilmək

Son müraciət tarixi: 31 may 2024

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. 

İşəgötürənin reytinqi