Model risklərinin idarə olunması üzrə mütəxəssis

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Model inventarının idarə edilməsi, o cümlədən onun müntəzəm yenilənməsi;
  • Model və ya alət kimi kəmiyyət metodlarının təsnifatı, model dərəcəsinin müəyyən edilməsi, model riski səviyyəsinin monitorinqi, Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq modelin tərtibatı və modifikasiyasının əsaslandırılmasının qiymətləndirilməsi, model riski üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Model Risklərinin İdarəedilməsi Çərçivəsinin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsində iştirak edir və daxili sənədlərin tələbləri ilə bağlı maraqlı tərəflərlə əlaqəni təmin edir, həmçinin sözügedən sənədlərin icrası prosesində uyğunsuzluqları aşkarlayır;
  • Modellər üzrə maraqlı tərəflərlə əlaqəni təmin edir və modelin həyat tsikli ərzində onlara dəstək olur;
  • Modellərin tərtibatı və modifikasiyası üzrə ümumiləşdirilmiş proseslərin planlaşdırılmasını həyata keçirir;
  • Model riskinin qiymətləndirilməsinə yanaşmaların işlənib hazırlanması; tərtibatı tapşırıqlarının siyahısının idarə edilməsi, o cümlədən onun yenilənməsi, tapşırıqların prioritetləşdirilməsi, model alətlər toplusunun optimallaşdırılması;
  • Validasiya funksiyasının tövsiyələrinin yerinə yetirilməsinə nəzarət;
  • Modellərin avtomatlaşdırılması üzrə texniki tapşırıqların hazırlanmasında, habelə onların icrasına nəzarətdə iştirak etmək;
  • Cəmiyyətin daxili sənədlərinin işlənib hazırlanması, modelin tərtibatı prosesini tənzimləmək;
  • Modellərin fərziyyə və potensial limitlərinin modelin nəticələrinə təsirləri üzrə risklərin təhlili;
  • Modellərin təkmilləşdirilməsi üzrə tövsiyyələrin verilməsi;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Biliklər:

  • Ali təhsil; Riyaziyyat, statistika, qitisadiyyat və ya maliyyə; 
  • Kompyuter bilikləri: SQL, Python, R, peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.

Təcrübə:

  • Data science və ya modelləşdirmə üzrə ən azı 2 il təcrübə.

Bacarıqlar:

  • Təqdimat bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Stresə davamlılıq;
  • Təşəbbüskarlıq;
  • Məqsədyönlülük;
  • Emosional stabillik və məsuliyyətli olmaq.

Son müraciət tarixi: 22.05.2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin. 

İşəgötürənin reytinqi