Lizinq mütəxəssisi (Bakı, Quba, Cəlilabad, Şəki, Şəmkir-Ağstafa, Gəncə, İmişli, Bərdə, Ucar, Salyan)

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda 2 il iş təcrübəsi;
  • İşdə düzgünlük və operativlik;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik və diqqətlilik;
  • Şəffaflıq və davranış qaydalarına riayət etmək;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Sənədlərlə düzgün işləmə bacarığı.

Vəzifə öhdəlikləri:  

  • Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
  • Müştəri ilə görüş təşkil etmək və mövcud biznesin maliyyə təhlilini aparmaq;
  • Təhlil olunan işləri MİS üzrə memorandum mərhələsinə keçirmək;
  • Səndələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək;
  • Memorandumları təsdiqlənmədən öncə yığılmış məlumatları sənədlərlə üzləşdirib sistemdə yoxlamaq;
  • Müştərinin ödəniş tapşırığı (avans və komissiya) hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə imzalatmaq;
  • CRM üzərindən müvafiq qeydlər aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta); 
  • Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;
  • Təkrar müştərilərə səfərlər edib müştər üçün maraqlı olan məhsulların təqdimatını etmək;
  • Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
  • Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
  • Daxili qaydalara müvafiq olaraq müştərilərin monitorinqini aparmaq;
  • Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini məlumatlandırmaqla yerinə yetirmək.
  • Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
  • Rəhbərliyə müvafiq hesabatları vaxtı vaxtında təqdim etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 700 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00. 
  • Ünvan:Bakı,Quba,Cəlilabad,Şəki,Şəmkir-Ağstafa, Gəncə,İmişli,Bərdə,Ucar,Salyan

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq mütəxəssisi” və qarşısında müvafiq regionu yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.  

İşəgötürənin reytinqi