Maliyyə analitikası üzrə baş mütəxəssis

İşin təsviri

Təsvir:

  • Maliyyə modellərinin tərtib edilməsi;
  • İllik büdcə hesabatlarının tərtib edilməsi;
  • Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlil edilməsi;
  • İllik maliyyə hesabatının beynəlxalq standartlar əsasında hazırlanması;
  • Hesabatların avtomatlaşdırılmasında təkliflərin verilməsi;
  • Maliyyə analizlərinin aparılması üçün təklif və tövsiyyələrin verilməsi;
  • Maliyyə məlumatlarının konsolidasıyasının aparılması;
  • Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlillərin aparılması və maliyyə sənədlərinin hazırlanması.

Tələblər:

  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (MS Excel və MS Word);
  • Maliyyə-Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin təşkil edilməsi üzrə bakalavr təhsili;
  • Maliyyə, Hesabatlılıq, Büdcələmə, Audit sahələrində ən azı 3 il iş təcrübəsi;
  • Maliyyə məlumatlarının təhlilinin aparılması bacarığının olması;
  • İngilis dili biliyi (A2-B1);
  • Rus dili biliyi arzu olunandır;
  • IFRS sertifikatlarının olması (F3, F7, F8) arzu olunandır;
  • Modelləşmə sertifikatının olması (FMVA) arzu olunandır;
  • Rəhbər olmadıqda görüşlərə qatıla bilmə və görüşləri apara bilmə təcrübəsinin olması arzu olunandır;
  • ERP sistemləri ilə işləmə bacarığı arzu olunandır;
  • Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı;
  • Güclü analitik bacarığı;
  • Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli;

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 8:00 - 17:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis mövcuddur);
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
  • Korporativ təlimlərə qatılma imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi