Layihə üzrə satınalma mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə üzrə tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Yaradılmış sifariş formalarının analiz edilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Tələblər:

  • Ali təhsil;
  • Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3 il iş təcrübəsi;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Azərbaycan dili; yaxşı səviyyədə rus və ingilis dili biliyi;
  • Komandada işləmək bacarığı;

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Layihə üzrə satınalma mütəxəssisi” yazıb elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi