Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə mütəxəssis

  • Tikinti şirkəti
  • Elanın qoyulma tarixi: 17.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tikinti şirkətinə gecə növbəsində işləyəcək Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə mütəxəssis lazımdır.

Vəzifə :  Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə mütəxəssis

İş qrafiki : Gecə növbəsi

Əmək Haqqı :  650 -750 AZN

Tələblər : 

Müfaviq sahədə, tikinti sektorunda ən azı 3 il təcrübə
Dil bilikləri - Azərbaycan dili
Təhsil: Ali və ya orta ixtisas
Yaş həddi : 25-45
Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilən şəhadətnamə. ( Sənayede texniki təhlükəsizlik  və əməyin mühafizəsi qaydaları  və normaları )

Vəzifələri :

1.1. Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
1.2.  Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
1.3. İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
1.4. İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
1.5.   İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və TTQ-dan təlimatlandırılmaların keçirilməsini heyata keçirmək;
1.6. Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla , qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya  lövhələrinin quraşdırılmasını təşkil etmək;
1.7. Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlanlarını keçmək;
1.8. Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini,  qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
1.9.  Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq.

Uyğun namizədlərdən cv-lərini [email protected]   ünvanına  göndərməkləri xahiş olunur.

Tikinti şirkəti tərəfindən digər vakansiyalar