Maliyyə üzrə kiçik mütəxəssis

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Günlük əsasda müvafiq ödənişlərin həyata keçirilməsi, ödənişlərin alt sənədlərinin tamlığının yoxlanılması
  • Günlük əsasda kreditor borclarının yaşlanma hesabatı üzrə vaxtı çatmış ödənişlərin seçilməsi və ödəniş planının hazırlanması
  • Ödənişlərin internet banking-ə işlənilməsi
  • Ödənişlərin ERP-yə işlənilməsi
  • Ödənişlərin alt sənədlərinin toplanılması və müvafiq qaydada saxlanılması
  • Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması

Vəzifə səriştələri:

  • ERP proqramları üzrə biliklər
  • Komandada işləmə bacarığı
  • Nəticə yönümlülük
  • Çeviklik
  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Mühasibatlıq biliyi

Vəzifədən gözləntilər:

  • Kvalifikasiyalar: Təməl mühasibatlıq bilikləri
  • Təhsil səviyyəsi: Ali    
  • Dil bilikləri: Azərbaycan dili (əla) 
  • Kompyuter bilikləri: Word (orta) Excel (orta) ERP-i (yaxşı)
  • İş təcrübəsi: 1 il
  • Fiziki tələblər: Yoxdur

İş şəraiti:

  • İş ünvanı: Xırdalan şəh., Abşeron rayonu, Şamaxı şossesi  “ATS Mill” MMC-nin ofisi
  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı:Razılaşma yolu ilə

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Maliyyə üzrə kiçik mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.