Anbardar

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
  • Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;
  • Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili;
  • Mal və materialların inventar üzrə qeydiyyatını aparmaq;
  • Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
  • Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
  • Anbar qalıqlarının qeydiyyatını aparmaq;
  • Anbarda məhsulların çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlamaq;
  • Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunmasını təmin etmək;

Tələblər:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: Anbardar olaraq 3-4 il iş təcrübəsi (Tikinti sahəsində təcrübə üstünlükdür)
  • Dil biliyi:  Rus dili əla səviyyədə  
  • Exel-əla, 1C-arzuolunandır

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (6 gün);  
  • İş yeri (Ələt qəsəbəsi). Bu qəsəbəyə yaxın yaşayan namizədlərə üstünlük veriləcək. 
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək   
  • Gündə bir dəfə qidalanmaq 
  • Könüllü tibbi sığorta  

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.