Baş anbardar

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbar sahəsi üzrə xammal, hazır məhsul və digər vacib hesabatların hazırlanması, rəhbərliyə və lazım gələrsə, müvafiq şöbələrə göndərilməsi
  • İstehsaldan çıxmış hazır məhsullarının sayılması, qaimələrinin yoxlanması və anbara qəbul edilməsinə nəzarət və rəhbərlik etmək
  • Xammalın qaimə əsasında anbara qəbul edilməsinə nəzarət etmək
  • Ərzaq məhsullarının və təsərrüfat məhsullarının gündəlik olaraq qaimələrlə uzalaşdırılıb qəbulunun həyata keçirilməsinə rəhbərlik və nəzarət etmək
  • Hazır məhsulların müvafiq qaydada yığılması və yerləşdirilməsinə nəzarət və rəhbərlik ediilməsi
  • Tabelikdə olan anbardar və anbardar köməkçisinin gündəlik iş bölgüsü və fəaliyyətinin səmərəli şəkildə koordinasiya edilməsi
  • Anbardan çıxan hazır məhsulların qaimə əsasında təhvil verilməsi və maşınlara yüklənməsinin təmin edilməsinə nəzarət edilməsi, birbaşa cavabdehlik daşınması
  • Anbar yerdəyişmə qaimələrinin mühasibatlıq şöbəsinə təhvil verilməsinin nəzarətdə saxlanması
  • Anbarda daxil olan xammalın və anbardan çıxan hazır məhsulların qeydiyyatının aparılmasına nəzarət edilməsi
  • Anbardan çıxan və anbara daxil olan təsərrüfat və ərzaq məhsullarının qedyiyyatını aparmaq və təhvil-təslimə nəzarət etmək
  • Xammalın tələbə uyğun olaraq qaimə əsasında istehsala təhvil verilməsinin təşkili və ümumi prosesə nəzarət edilməsi
  • Ayda 1 dəfə sayım prosesinin həyata keçirilməsini və mühasibatlıqla yoxlanılmasını nəzarətdə saxlamaq
  • Saym zamanı ortaya çıxan problemlərin mühasibatlıqla birgə araşdırılması və həll edilməsi
  • Barabanların qaimə əsasında qəbul edilməsi və qeydiyyatının aparılmasına nəzarət edilməsi
  • Barabanların istehsal departamentinə təhvil verilməsinə nəzarət etmək
  • Anbar qalığına nəzarət edilməsi
  • Stok aut olan təsərrüfat mallarının təchizat şöbəsinə sifariş edilməsinə nəzarət edilməsi
  • Stok aut olan xammalın istehsalatla razılaşdırdıqdan sonra təchizata sifariş edilməsinin təmin edilməsi və prosesə davamlı nəzarət edilməsi
  • Stokun müəyyən edilməsinin satış bölməsi ilə vaxtaşırı müzakirə edilməsinə nəzarət edilməsi
  • Rəhbər tərəfindən bu sahə üzrə tapşırılan digər işləri görmək

Təhsil tələbləri:

  • Ali/iqtisadiyyat/maliyyə/logistika

Staja dair tələb:

  • Ən azı 3-5 il

Peşə səriştələri:

  • Effektiv ünsiyyət
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office, 1C 8.3 ERP

Dil bilikləri:

  • Azərbaycan dili

İş şərtləri:

  • 5 günlük iş qrafiki/saat 08:00-dan 17:00-a qədər
  • Əmək haqqı: 650-800 AZN
  • İş yeri: Abşeron rayonu Qobu qəsəbəsi.
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

İşə qəbul zamanı Qobu və Güzdək ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini elektron ünvanına mövzu yerinə “Baş anbardar” yazaraq göndərə bilərlər.