Korporativ Katib

İşin təsviri

Öhdəliklər:

  • Protokolların, məktubların, arayışların və sairə korporativ sənədlərin hazırlanması və redaktə edilməsi;
  • Korporativ sənəd dövriyyəsinin uçotu, qeydiyyatı və elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
  • Korporativ sənədlərinin vahid arxivinin, həmçinin onun  elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
  • Məktubların, əmrlərin və rəhbərliyin göstərişlərinin qeydiyyatının aparılması və icralarına nəzarətin edilməsi;
  • İş proseslərinin qeydiyyatının və koordinasiyasının aparılması və təşkili; 
  • Korporativ sənədləşmə və sənəd dövriyyəsinə dair qabaqcıl standartların və effektiv proseslərin tətbiqinin təşkili;
  • İşin mahiyyətindən irəli gələn rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Kvalifikasiya və Səriştələr:

  • Ali təhsil (hüquq, filologiya, jurnalistika və ya social elmlər istiqamətində arzuolunandır);
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
  • Rus və İngilis dillərində peşəkar danışıq və yazı qabiliyyəti;
  • Yüksək kommunikasiya, təşkilatçılıq, təqdim etmə və yazılı ünsiyyət qurmaq bacarığı;
  • Yüksək etik davranış və korporativ mədəniyyət keyfiyyətlərinə malik olmalıdır;
  • Korporativ mühitə bələd olmalıdır;
  • Korporativ katiblik və ya əlaqəli sahələrdə azı 3 il iş təcrübəsi; 
  • Windows Office və Outlook proqramlarında işləmək bacarığı;
  • İnternet resurslarını çalışdırmaq və effektiv axtarış aparmaq bacarığı;
  • Məsuliyyətli, məhsuldar, ünsiyyətçil, nəzakətli, təmkinli, detallara diqqətli, yaradıcı və təşəbbüslü olmalıdır.

Müraciət qaydası: 

Maraqlı şəxs,

  • Elektron məktubun mövzusunda “Korporativ Katib” sözlərini qeyd etməlidir;
  • Namizədliyini göstərilən tələblərə uyğun şəkildə dəstəkləyən istənilən digər sənəd və materialları CV-si ilə birgə təqdim edə bilər.

İşəgötürənin reytinqi