Baytar Həkim (Salyan Şəhəri)

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 12.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

BAYTAR HƏKİM (Əmək haqqı – 1500 azn) – Salyan Şəhəri

İŞ BARƏDƏ:

- Heyvanları müayinə edir, xəstəliklərin və zədələrin diagnozunu qoyur;
- Heyvanlardakı xəstəliklərin əmələ gəlmə səbəblərini, prosesini araşdırır, onların müalicəsinin və profilaktikasının üsullarını işləyib hazırlayır;
- Heyvanların terapevtik və cərrahiyə müalicəsini aparır;
- Dərman vasitələrinin, yüksək effektli baytar preparatların və baytarlıq təsiri üsullarını heyvanların müalicəsində tətbiq edir;
- Heyvanların xəstələnməsini və ölümün xəbərdarlığı üzrə tətbirlər həyata keçirir;
- Heyvanların baytar-sanitar ekspertizasını aparır;
- Zoogigiyenik tələblərə uyğun heyvanların müvafiq olaraq saxlanmasına və yemləndirilməsinə, həmçinin  müalicəsinə və reproduksiyasına dair məsləhətlər verir;
- Mütləq müalicə-profilaktik tətbirlərin heyvanların saxlanılmasına dair təlimatlarda, tövsiyələrdə nəzərdə tutulmuş müddətlərdə keçirilməsinə nəzarət edir.

TƏLƏBLƏR:

- Orta və ya yüksək səviyyədə öz ixtisası üzrə bilikləri olmalıdır;
- Yüksək peşə məsuliyyəti hissinə malik olmalıdır;
- Əməyin təhlükəsizliyi sahəsi üzrə  ümumi biliklərə malik olmalıdır.

E-mail: [email protected]

İşəgötürənin reytinqi