İstehsalat müdiri

İşin təsviri

Təsvir:

  • İqtisadi cəhətdən sərfəli resursların və ətraf mühitin qorunmasını, texnoloji proseslərin və müəssisə tərəfindən istehsal olunan məhsulun istehsalını, texnoloji hazırlıq və texniki cəhətdən artım səviyyəsini təmin edən işlərin (xidmətlərin) yerinə yetirilməsini və həyata keçirilməsini təşkil etmək;
  • İstehsal avadanlığı, xammal, köməkçi materialın, əmək xərclərinin azaldılması, məhsulun keyfiyyətinin, işlərin (xidmətlərin) yaxşılaşdırılmasını və əmək məhsuldarlığının artmasını təmin etmək;
  • Uyğun istehsal sahəsi üzrə istehsalatda proqressiv texnoloji proseslərin, yeniliklərin və elmi-texniki nailiyyətlərin tez bir zamanda tətbiqi üçün qərarlar qəbul etmək;
  • İstehsalın texnoloji proseslərinin və rejimlərinin düzəldilməsi məqsədi ilə texnoloji sənədlərə edilən dəyişiklik və əlavələrə baxış və təsdiqlənməsini həyata keçirmək;
  • Müəssisənin (istehsalatın) cari və perspektivdə olan texnoloji hazırlığı üzrə planlaşdırılmasına və qurulmuş texnoloji proseslərə ciddi riayət olunmasına nəzarəti, həmçinin, texnoloji intizam pozuntularının aşkar edilməsi və aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqları icra etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Texnoloq vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Kənd təsərrüfatı sahəsində təcrübənin olması arzuolunandır;
  • Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
  • Microsoft Office (Word, Excel, Outlook) proqramlarını istifadə bacarığı;
  • İstehsalatın texnoloji hazırlığı üzrə normativ texniki sənədləri və metodiki materialları bilməli;
  • Ətraf mühit, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi qaydalarını və normalarını bilməli;
  • Məsuliyyətlilik, peşəkarlıq və problem analiz etmə bacarığı;
  • Şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır.