Aparıcı mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Əmək haqqı və DSMF ödənişlərin hesablanması,ödənilməsini təmin etmək
  • Mal-material uçotunun düzgün təşkili və anbar uçotunun aparılması;
  • Rüblük sadələşdirilmiş vergi bəyannaməsinin və Vahid rüblük hesabatın (DSMF)  təqdim olunması.
  • Maliyyə hesabatlarının tərtib olunması.

Tələblər: 

  • Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Mühasib vəzifəsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Maliyyə hesabatlarını bilməli
  • MS Office, İKO proqramını bilmək üstünlükdür.

İş şərtləri: 

  • Əmək haqqı: 1500 AZN ( NETT) (Hər bir restoran üzrə ayrı-ayrı)
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

 Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.

Azera Holding tərəfindən digər vakansiyalar