Problemli Kreditlər üzrə İşçi

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri etmək və gecikmədə olan məbləğlərin geriyığımına nail olmaq
  • Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək
  • Gecikmədə olan müştərinin carı ödəniş qabiliyyətini analiz edib, gecikmədə olan məbləğin bərpası üçün müştəriyə alternativlər təklif etmək
  • Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq
  • Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıcıllığını müəyyənləşdirmək
  • Səmərəli danışıq üsulu seçmək və mövcüd müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək
  • Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq

Tələblər:

Təhsil və təcrübə:

  • Təhsil: Ali (Bakalavr) istənilən sahədə
  • İş Təcrübəsi: Bank və yaxud Qeyri Bank (Sığorta və s.) sahələrdə Müştəri Xidmətlərində ən azı 3 ay iş təcrübəsi
  • Problemli Kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Müştəri Xidmətləri, Xidmət sahələri (Telefon Mərkəzi Xidmət sahəsi) üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir

Dil bilikləri:

  • Azərbaycan dilində səlis danışıq,rus və ingilis dili-üstünlükdür

Bacarıqlar:

  • Ünsiyyət bacarığı
  • Komanda işi
  • Məsuliyyət
  • Dəqiqlik
  • Düzgünlük
  • Etibarlılıq

İşəgötürənin reytinqi