Kiçik kredit işçisi (Xaçmaz)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
  • Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
  • Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
  • Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
  • Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
  • Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
  • Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;

Tələblər:

  • Ali təhsil; 
  • MS office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli; 
  • İş təcrübəsi tələb olunmur;

Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

İşəgötürənin reytinqi