Büdcə hesabatlılıq və maliyyə nəzarəti üzrə şöbə müdiri

İşin təsviri

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (Maliyyə, iqtisadiyyat, vergi uçotu və audit)
  • İş təcrübəsi: Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə-planlama üzrə 5+ il iş təcrübəsi
  • Dil biliyi: Azərbaycan dili (əla), rus dili (yaxş), ingilis dili (yaxşı) 
  • Kompüter biliyi: Microsoft Office proqramı və Power BI üzrə qabaqcıl biliklər 
  • Digər: CPA, CIMA, ACCA, CFA sertifikatları üstünlükdür;

Vəzifədən gözləntilər:

  • Aylıq, rüblük, illik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması və təqdim olunması;
  • Şirkət rəhbərliyinə, habelə digər departamentlərə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
  • Rəhbərlik və digər departamentlər tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
  • Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərinin aparılması;
  • Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
  • Büdcələmə və planlama prosesinin koordinasiyası  və büdcənin icrasına aylıq nəzarət;
  • Xərcləri nəzarətdə saxlamaq məqsədilə müxtəlif alətlər və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilməsi;
  • Kənar audit yoxlama prosesinin koordinasiyası;
  • Maliyyə və digər əməkdaşların maliyyə menecmenti üzrə biliklərinin artırılması məqsədilə tədbirlər keçirilməsi;
  • Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması;
  • Şöbənin strukturunu, funksiyalarını, öhdəliklərini təklif etmək
  • Tabeçilikdə olan işçilərin daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
  • Tabeçilikdə olan işçilərin prosedurlara riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək
  • Şöbə əməkdaşlarının fəaliyyət səmərəliliyinin qiymətləndirilməsini aparmaq
  • Şöbənin fəaliyyətinin təşkil edilməsi və ümumi rəhbərlik edilməsi.

İş Şərtləri:

  • Əmək şəraiti: Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi; 
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun (ştat cədvəli aralığına münasib)
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Təmin edilir
  • Nahar: Təmin edilir
  • Könüllü tibbi sığorta: Təmin edilir
  • Korporativ nömrə və danışıq limiti: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Büdcə hesabatlılıq və maliyyə nəzarəti üzrə şöbə müdiri" qeyd olunmaqla göndərə bilərlər.