Loqistika meneceri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkın idarə olunması
  • Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
  • Sürücülərin xüsüsi qrafiklərinin hazırlanmasına nəzarət etmək;
  • Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etmək;
  • Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərini hazırlamaq və daxili satınalma qaydalarına əsasən icra olunmasına nəzarət etmək; 
  • Cəmiyyətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət etmək;
  • Günlük əməliyyatların idarə edilməsi və optimallaşdırılması

Tələblər:

  • Ali  təhsil
  • Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
  • Azərbaycan və rus dillərində səlis danışıq,  ingilis dilini bilmək üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli
  • Komanda şəklində işləməyi bacarmalı 
  • Təhlil və analiz etmə qabiliyyəti
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı
  • İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
  • Ofis və ERP proqramlarında yüksək səviyyədə işləmək bacarığı;

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə “Loqistika meneceri ” qeyd edərək göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi

Gədəbəy Mineral Suları MMC tərəfindən digər vakansiyalar