Su boru qaynaqçısı

İşin təsviri

İş haqda məlumat:

  • İş rejimi: 5 gün, növbəli;
  • Həftədə 2 gün istirahət günü təyin edilir;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Tibbi sığorta ;
  • Son müraciət tarixi: 15.04.2024

Vəzifə tələbləri:

  • Təhsili/ixtisası: Sahə üzrə peşə təhsili;
  • İş təcrübəsi: Qaynaqçı sahəsi üzrə ən azı 1-2 il;
  • Dil biliyi: Azərbaycan dili, Rus dili (arzuolunandır);
  • Sertifikat/vəsiqə/lisenziya:  Qaynaq üzrə müvafiq sertifikat arzuolunandır;

Vəzifə öhdəlikləri:

  • Qaynaq işlərinin müvafiq tapşırıqlara və qaynaq tipinə uyğun həyata keçirilməsini təmin etmək.
  • Qaynaq işləri üzrə işin təşkili və qaynaq planlarını icra edilməsini təmin etmək;
  • Qaynaq işlərinin sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etmək
  • Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamaq;
  • Qaynaq cihazında müəyyən edilən nasazlıq haqqında rəhbər işçiyə məlumat vermək;
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl etmək.

Digər məlumatlar:

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Qaynaqçı" qeyd etməklə CV-lərini e-mail ünvanına göndərməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Baku Hotel Company tərəfindən digər vakansiyalar