Su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihə təşkilatının tikinti üzrə layihələrinin müvafiq norma və qaydalarına əsasən işlənib hazırlanmasına (Su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə) nəzarət etmək;
  • Layihə sənədlərinə əsasən layihənin icrasına uyğun olaraq smeta sənədlərinin hazırlanmasına nəzarət etmək;
  • Layihə rəhbərləri və struktur bölmə rəhbərləri ilə plan hazırlığında birgə çalışmaq;
  • Layihənin bütün mərhələlərində Layihə rəhbərləri və mühəndislərlə birlikdə fəaliyyət göstərərək qarşıya çıxan problemləri həll etmək üçün addımlar atmaq;
  • Layihədə verilmiş qeydlərin və tövsiyələrin icrasına dair nəticələrin yoxlanılmasına nəzarət etmək;
  • Tender sənədlərinin toplusuna aid sənədlərin hazırlanmasında iştirak etmək;
  • Materialların, avadanlıqların və onların quraşdırılmasının qiymətləndirilməsi üzrə mütəmadi monitorinqləri aparmaq;
  • Layihədə işlərin icrasının gedişatı, vəziyyətinin və yerinə yetirilmiş işlərin həcmləri haqqında müvafiq hesabatın tərtib olunmasına nəzarəti həyata keçirmək;
  • Podratçıların apardığı işlərin plan üzrə görülməsinə nəzarəti aparmaq;
  • Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;

Namizədə dair tələblər:

  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr).

Əmək şəraiti:

  • İş rejimi: 5 gün;
  • İş yeri: Bakı və işğaldan azad olunmuş ərazilər

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən digər vakansiyalar