İşin təsviri
Vəzifə öhdəlikləri:
- Layihə təşkilatının tikinti üzrə layihələrinin müvafiq norma və qaydalarına əsasən işlənib hazırlanmasına (Havalandırma, isitmə və soyutma sistemləri üzrə) nəzarət etmək;
- Layihə sənədlərinə əsasən layihənin icrasına uyğun olaraq smeta sənədlərinin hazırlanmasına nəzarət etmək;
- Layihə rəhbərləri və struktur bölmə rəhbərləri ilə plan hazırlığında birgə çalışmaq;
- Layihənin bütün mərhələlərində Layihə rəhbərləri və mühəndislərlə birlikdə fəaliyyət göstərərək qarşıya çıxan problemləri həll etmək üçün addımlar atmaq;
- Layihədə verilmiş qeydlərin və tövsiyələrin icrasına dair nəticələrin yoxlanılmasına nəzarət etmək;
- Tender sənədlərinin toplusuna aid sənədlərin hazırlanmasında iştirak etmək;
- Materialların, avadanlıqların və onların quraşdırılmasının qiymətləndirilməsi üzrə mütəmadi monitorinqləri aparmaq;
- Layihədə işlərin icrasının gedişatı, vəziyyətinin və yerinə yetirilmiş işlərin həcmləri haqqında müvafiq hesabatın tərtib olunmasına nəzarəti həyata keçirmək;
- Podratçıların apardığı işlərin plan üzrə görülməsinə nəzarəti aparmaq;
- Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək.
Namizədə dair tələblər:
- Sahə üzrə minimum 5 il iş təcrübəsi;
- İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr).
Əmək şəraiti:
- İş rejimi: 5 gün;
- İş yeri: Bakı və işğaldan azad olunmuş ərazilər
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Havalandırma, isitmə və soyutma sistemləri üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.