Satınalmalar üzrə komanda rəhbəri

İşin təsviri

Təsvir:

  • Sorğular əsasında məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
  • Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Xarici və yerli Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
  • Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması, təkliflərin alınması və qiymətləndirilməsi;
  • Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;
  • Planların tərtib edilməsi və satınalmaların əsaslandırılması;
  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  • Təchizatçılarla müqavilələrin bağlanması üçün hüquq şöbəsinə müraciət və prossesə nəzarət;
  • 1C proqramında sorğu əsasında PO yaradılması;
  • Tender Prossesinin aparılması və sənədləşməsi;
  • İş bölgülərin bölgüsünü həyata keçirmək və həftəlik hesabatların verilməsi;
  • Son istifadəcilər ilə mütəmadi münasibətlərin gücləndirilməsi və tələblərin düzgünlüyünə köməklik göstərmək;
  • Tədarükçülər ilə münasibətlərin gücləndirilməsi və dəyərləndirilməsi;
  • Baş ofis, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq;
  • Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək;
  • Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək;
  • Təchizatçıların bazasının mütəmadi yeniləmək və təchizatçı firmalarla danışıqlar aparmaq;
  • Satınalma müsabiqəsində iştirak edən iddiaçıların ixtisas göstəricilərinin uyğunluğunu müəyyən etmək;
  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə departament direktoruna məlumat vermək;
  • Fəaliyyəti ilə əlaqədar zərurətdən irəli gələn müvafiq təkliflər və tövsiyələr hazırlayıb rəhbərliyə təqdim etmək;
  • İllik satınalma planına əsasən satın alınacaq mallar (işlər, xidmətlər) üçün qiymət araşdırmasının aparılmasını təmin etmək;
  • Satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təşkil etmək;

Tələblər:

  • Təhsil: Təhsil – Ali (İnzibati idarəetmə,İqtisadiyyat, Təchizat zənciri)
  • Təcrübə: Əlaqədar sahədə 3-5 il
  • Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili və Rus dili üstünlük verilir
  • Sertifikasiya: CIPS sertifikasiyasının olması üstünlükdür
  • Texniki biliklər:
  • MS Office, 1C
  • Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat
  • Bazar araşdırması bacarıqları və müqayisəli təhlil bacarığının olması

İşəgötürənin reytinqi