İşin təsviri
Namizədlərə dair minimal tələblər:
- Ali təhsil
- SMM sahəsi üzrə ən azı 3 illik təcrübə ;
- İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
- Nəticə yönümlülük;
- Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq;
- Yenilikləri və trendləri izləməli;
- Kreativ və innovativ düşüncəli olmalı;
- Azərbaycan orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətn yazma bacarığı
- İşgüzar səviyyədə İngilis dili biliyi.
- Microsoft Ofis proqramları ilə işləmə bacarığı (Word, Excel, Outlook)
Vəzifə öhdəlikləri:
- Şirkətə aid sosial media hesablarının idarə edilməsi (Linkedin, Facebook, İnstagram və.s) ilə işləmək;
- Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
- Sosial media hesablarının optimallaşdırılması: paylaşımların maksimum istifadəçi kütləsinə çıxışı üçün müxtəlif sosial media idarəetmə alətlərindən istifadə etmək;
- Sosial media hesabları üçün kreativ, original və yüksək keyfiyyətli yaradıcı məzmun, kontent (şəkil, mətn, video) təklifi verilməsi;
- Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq.
- Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti.
Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı tapşırıq və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində “Sosial Media Marketinq (SMM)” yazaraq emailə göndərə bilərlər.