Bazar araşdırmaları üzrə aparıcı mütəxəssis (Market analysis)

İşin təsviri

Publik hüquqi şəxs statuslu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində* mövcud Xidmət bazarlarına nəzarət və istehlakçı hüquqları departamentinin Xidmət bazarlarına nəzarət şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul ilə əlaqədar sənəd qəbulu elan edilir:

Namizədlərə dair minimal tələblər:

  • ali, iqtisadi təhsil
  • tənzimləmə və nəzarət funksiyaları olan qurumlarda (requlyator) iş təcrübəsi;
  • məlumatların toplanması, saxlanılması və modelləşdirilməsi üzrə iş bacarığı
  • İngilis dilində təhsil arzuolunandır;
  • magistr dərəcəsi;
  • yüksək səviyyədə işgüzar İngilis dili biliyi;
  • microsoft Ofis proqramları ilə işləmə bacarığı (Word, Excel)
  • əlavə xarici dil biliyi;

Əlavə üstünlüklər:

  • Bazarda rəqabətin qiymətləndirilməsi məqsədilə məlumatlarını toplanması və təhlili;
  • Tendensiyaların müəyyənləşdirilməsi, strategiyaların hazırlanması;
  • Analitik iqtisadi təhlil, bazar araşdırması və hesabatların hazırlanması üzrə bilik və bacarıqlar arzuolunandır;
  • telekommunikasiya sahəsində iş təcrübəsi arzuolunandır;

Vəzifə öhdəlikləri:

  • İstehlakçılar, provayderlər və telekommunikasiya bazarının vəziyyəti haqqında məlumatları  toplayaraq hesabatlar və təqdimatlar hazırlamaq;
  • Rəqabət prinsiplərindən istifadə edərək elektron rabitə bazarlarının məhsul və coğrafi sərhədlərinin müəyyənləşdirilməsi;
  • Xidmət təminatçısının bu cür bazarlarda əhəmiyyətli bazar gücünə (SMP) sahib olub-olmadığını müəyyən etmək üçün elektron rabitə bazarları daxilində rəqabətin miqyasının qiymətləndirilməsi;
  • Müvafiq tənzimləyici öhdəlikləri/ müdaxilələri işləyib hazırlamaq və tətbiq etmək;
  • Bazar tendensiyalarını anlamaq və potensial müştərilərin seçimlərini aşkar etmək üçün sorğular tərtib etmək;
  • Statistik məlumatları toplamaq üçün müasir və ənənəvi metodlardan istifadə etməklə təhlil etmək;
  • Onlayn bazar araşdırmasından istifadə etmək;
  • Bazar trendləri, müxtəlif tərəflərin araşdırmaları və ən yaxşı təcrübələrini öyrənmək və tətbiq etmək;

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinəBazar araşdırmaları üzrə aparıcı mütəxəssis (Market  analysis) yazaraq emailinə göndərə bilərlər.

*Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Agentlik informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir (Milli Tənzimləyici Qurum) və nizamnaməsi  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı (https://e-qanun.az/framework/52626) ilə təsdiq edilmişdir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən digər vakansiyalar