Aparıcı Mühasib

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 05.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

APARICI MÜHASİB

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.

“Azərsun Holding” MMC sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.

Azərsun Holdinq  “Aparıcı Mühasib” vəzifəsi ilə bağlı vakansiyanı açıq elan edir.  

İş haqqında məlumat:

•      Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
•      Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
•      Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət  
edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması
•      Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.

Əsas tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 2 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 07.03.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Aparici Mühasib”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi