Vergi üzrə mühasib

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə); 
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
  • Vergi və Əmək qanunvericiliyi üzrə biliklər;
  • 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;
  • Rus və ya ingilis dili biliyi üstünlükdür;
  • Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Alış və satış qaimələrinin 1C ilə düzgünlüyünün yoxlanması;
  • Əvvəlki və cari dövrlərdə vergi uçotunda yaranan problemlərin həll edilməsi (təsdiqedici alt sənədlərin bərpası və təmin edilməsi);
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Verginin tələbi üzrə hesabatların hazırlanması;
  • Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi; 
  • Vergi hesabatlarının hazırlanması, vergi orqanına və rəhbərliyə təqdim edilməsi; 
  • Xidmət göstərən şəxslərdən vergilərin və digər məcburi ödənişlərin hesablanması;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1274-1684 AZN nett
  • İş qrafiki : Tam iş günü (5 gün)
  • İş saatları: 08:30-17:30. 
  • Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi üzrə mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.