Kiçik Auditor

İşin təsviri

Təsvir:

  • Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq audit prosesini həyata keçirmək;
  • Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək;
  • Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
  • Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;ə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi əlavə edərək vakansiya üzrə müraciət edə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Tələblər:

  • Ali təhsil (maliyyə, hüquq, ali riyaziyyat);
  • Müvafiq sahədə 0-1 il iş təcrübəsi;
  • Komandayla çalışa bilməli;
  • Yazılı / şifahi ünsiyyət qurmaq bacarığı;
  • Analitik düşüncə bacarığı;
  • Mühasibatlıq üzrə ilkin biliklər arzu olunandır;
  • Ezamiyyələrə açıq olmalı;
  • Microsoft Excel, Misrosoft Word, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.