İnşaat mühəndisi

  • Amal Group
  • Elanın qoyulma tarixi: 28.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
  • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
  • Problemlərə dərhal müdaxilə edərək aradan qaldırmaq, dəyişiklikləri birbaşa rəhbərliyi ilə planlaşdırmaq və idarə etmək;
  • Tabeciliyində  olan işçi heyətinə rəhbərlik etmək;
  • Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək;
  • Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər vermək;
  • Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək;
  • Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirmək;
  • Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirmək;
    Müvafiq hüquqi və normativ standartları öyrənmək, nəzərdən keçirmək və onlara riayət etmək;
  • Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halları və problemləri həll etmək;
  • Forma 2, forma 3 hazırlanması;
  • İş həcmlərinin çıxarılması, material hesabatının çıxarılması,;
  • Texniki hesabatların hazırlanması və jurnalların yazılması, gizli iş aktlarının yazılması
  • Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyinə təqdim etmək.

Təhsil və iş təcrübəsi:

  • Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
  • Minimum  5 il inşaat sahəsi üzrə iş təcrübə. 

Bacarıq və səriştələr:

  • Ünsiyyət və təşkilati bacarıq;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);
  • Digər dillər əlavə üstünlük hesab olunur.
  • Avadanlıqlar, alətlər və mexaniki qurğular barədə biliklər, hərəkət, işıq, enerji almaq, texnoloji və digər məqsədlər üçün onlardan istifadə;
  • Dəqiq texniki planların, eskizlərin, sxemlərin və modellərin hazırlanması və istifadəsi prosesinə cəlb olunan dizayn texnikası, prinsiplər, alətlər və qurğular barədə biliklər;
  • Biznes və təşkilati planlaşdırma, əlaqələndirmə və icra işləri ilə bağlı prinsip v;ə proseslər barədə biliklər (strateji planlaşdırma, resursların bölüşdürülməsi, işçi qüvvəsinin modelləşdirilməsi, liderlik texnikası və istehsal metodları);
  • Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər;
  • Autocad, Ms. Office programları, Excell əla səviyyədə.

İş qrafiki:

  • Bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Bakı və Qubadlı
  • Yaş həddi: 25-45
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “İnşaat mühəndisi” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.