Logistika mütəxəssisi

İşin təsviri

Təsvir:

  • Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün və cəld şəkildə tərtibi. Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin rəsmiləşdirilməsi. Gömrük rüsumlarının əvvəlcədən hesablanması. Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi.
  • Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. Aidiyyəti məsələlər ilə bağlı müraciətlər etmək;
  • Daşımaları həyata keçirəm xarici şirkətlərlə əlaqələr yaratmaq, yüklərin daşınmasını təşkil etmək;
  • Daşınmaya hazır olan yükün vaxtında yüklənməsi ve sənədləşməsinə nəzarəti həyata keçirmək;
  • Yükün daşıma statusu haqqında məlumatın mütəmadi yeniləmək və bu barədə şöbə direktoruna məlumat vermək;
  • Logistik xərclərin Cəmiyyətin müvafiq ERP sisteminə daxil edilməsini təmin etmək;
  • Xarici kontragentlərdən şirkətə daxil olan və 3-cü tərəflərə (nəqliyyat şirkəti, podradçı və s.) təqdim olunmaq üçün nəzərdə tutulan sənədlərin vaxtında çatdırılmasını təmin etmək.

Tələblər:

  • 3 il müvafiq sahədə iş təcrübəsi ;
  • Ali təhsil;
  • İngilis-dili biliyi;
  • MS Office proqramlarından istifadə bacarığı