Satış müdiri (Avto satış Jaguar Land Rover brendi üzrə)

İşin təsviri

Təsvir:

  • Şirkətin satış planına uyğun olaraq tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;
  • İş vaxtının səmərəli istifadəsi məqsədi ilə iş yerində işçi heyəti və ya stajçılar üçün təhsil sisteminin tətbiqi və onların inkişafını planlaşdırmaq;
  • İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;
  • Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
  • Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;
  • Satış departamentinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;
  • Satış departamentinin yeni işçiləri üçün adaptasiya planı hazırlamaq və onun icrasına nəzarət etmək;
  • Şirkətin qəbul etdiyi formada büdcə hesabatlarının hazırlanmasına nəzarət etmək və büdcəni idarə etmək;
  • İşçilərin yeni avtomobil modelləri barədə biliklərini müntəzəm olaraq yeniləmək;
  • Şirkətin satış və marketinq fəaliyyətini idarə etmək;
  • Müştərilər gəlməyən vaxtlarda məhsullar, satış texnikası, kommunikasiya bacarıqları və s. sahəsində əməkdaşların biliklərinin monitorinqini həyata keçirmək;
  • Avtomobil modellərin sifarişində iştirak etmək, qəbul olunma prosesini təşkil etmək, malı qəbul etmək və qaimələri imzalamaq (və ya hesabat aparmaq);
  • Malı müşayiət edən sənədin (sertifikat, pasport) olub olmadığını və etibarlılıq müddətini yoxlamaq, çatışmazlıqlar aşkar olunduqda aidiyyəti şəxslərə məlumat vermək;
  • İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
  • İllik satış və təşviqat proqramı hazırlamaq;
  • Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq;

Tələblər:

  • 5 il müvafiq sahədə iş təcrübəsi ;
  • Ali təhsil;
  • Rus-dili biliyi ;
  • İngilis-dili biliyi;