Avadanlıq operatoru

İşin təsviri

Namizədə Tələblər:

  • Yaş həddi:  25 - 45 yaş
  • Ət və ət məhsullarının istehsalı üzrə avadanlıqlarda 3 – 5 il təcrübəsinin olması,
  • Qida istehsalı sahəsi üzrə avadanlıqlarla işləmək bacarığı, avadanlıqlar barəsində nəzəri və praktiki biliklərin olması,
  • İngilis dili biliyi arzuolunandır,
  • Ofis proqramları orta səviyyədə,

Vəzifə öhdəlikləri:

  • Texnoloji avadanlıqların işə salınması və istehsala başlamaq üçün sınaqdan keçirilməsi,
  • İstehsal olunacaq məhsullar üçün ətin, əlavə komponentlərin vaxtında planlaşdırılması və şöbəyə qəbulu, 
  • Xammalın müvafiq anbardan emal üçün götürülməsi,
  • Qiymənin ət komponentlərinin reseptə uyğun miqdarının seçilməsi və qiymə mikserinə yüklənməsi,
  • Xammalın mikserlə üyüdülməsi prosesinin icra edilməsi,
  • Ət qarışdırıcıda və yaxud kutter avadanlığında emal etməklə qiymənin hazırlanması,
  • Qarışdırma prosesinin ardıcıllığına riayət edilməsi,
  • Qiymədə komponentlərin vahid paylanmasına və texnoloji təlimatın tələblərinə uyğun olaraq emal ardıcıllığına riayət olunması,
  • Hazır qiymənin ət qarışdırıcıdan və ya kutter avadanlığından boşaldılması və sonrakı emal üçün verilməsi,
  • Hazır qiymənin növbəti istehsal mərhələsinə ötürülməsi,
  • İstifadə edilən avadanlıqların qaydaya uyğun açılması, təmizlənməsi və lazım gəldikdə yuyulması, avadanlıqların saz vəziyyətdə saxlanılması üzrə işlərin icrası,
  • Avadanlıqlarla bağlı günlük müvafiq qeydiyyatların aparılması.

Əmək haqqı: 700 - 800 AZN

İş qrafiki: 6 günlük

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqlaelektron ünvanına göndərmələri xahiş olunur.

Azprotein Foods Group tərəfindən digər vakansiyalar