Müqavilələr üzrə Hüquqşünas

İşin təsviri

Təsvir:

  • Bütün növ müqavilələri, ona əlavələri, eləcə də idxal və ixrac müqavilələrini tərtib etmək;
  • Təhvil təslim aktlarını, məktubları, bildirişləri və s. bu kimi sənədləri tərtib etmək;
  • Kontragentlərdən daxil olan müqavilələrin və digər sənədlərin hüquqi ekspertizası;
  • Müqavilələrin Şirkətin müvafiq stukruktur bölmələrində vizalanması, qovluqlarda cildlənməsi və müvafiq proqram təminatında uçotunu aparmaq.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;ə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi əlavə edərək vakansiya üzrə müraciət edə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Tələblər:

  • Ali hüquq təhsili;
  • Mülki və vergi qanunverciliyini bilmək;
  • Müqavilələrin tərtibi sahəsində təcrübə;
  • Azərbaycan dilini mükəmməl bilmək,ingilis və rus dilləri üstünlükdür;
  • Microsoft office proqramlarında işləmə bacarığı.