Müştəri Xidmətləri üzrə Mütəxəssis

İşin təsviri

“Vijn Fond AzərKredit” MMC Baş ofisin Marketinq və Məhsulların İnkişafı Departamenti üçün Müştəri Xidmətləri üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

BOKT “VijnFond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Marketinq və Məhsulların İnkişafı Departamenti üçün Müştəri Xidmətləri üzrə Mütəxəssis axtarır. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Bu vəzifə AzərKredit təşkilatının Baş Ofisində yerləşəcək və bu vəzifənin məqsədi müştəri rəyləri əsasında daha yüksək xidmət təmin etməkdir.
 
Əsas vəzifə və öhdəlikləri:

• Müntəzəm olaraq müxtəlif müştəri məmnuniyyəti sorğuları keçirmək və müvafiq hesabatlar tərtib edərək, rəhbərliyə təqdim etmək;
• Müştəri Şikayət və Təkliflər Qutuları, təşkilatın internet səhifəsi, müraciətlər üçün nəzərdə tutulmuş elektron poçtu və s. vasitələrlə müştəri rəy və şikayətlərini toplamaq, onların müvafiq qaydada cavablandırılması / həll edilməsini təşkil etmək, müvafiq hesabatlar tərtib edərək, rəhbərliyə təqdim etmək;
• Təşkilatın müştəriləri üçün fəaliyyət göstərən “Qaynar Xətt” xidmətinin fasiləsiz fəaliyyət göstərməsinin təmin etmək, sualları cavablandırmaqla, müraciət və şikayətlərə baxılmasını təmin etmək, müvafiq hesabatlar tərtib edərək, rəhbərliyə təqdim etmək;
• Müştərilərin təşkilatın məhsulları və xidmətləri haqqında sorğularına dolğun və düzgün cavab və məsləhət vermək;
• Müştəri rəy, təklif və şikayətlər əsasında təklif və tövsiyələrin hazırlanması vasitəsilə yeni məhsul və xidmətlərin hazırlanması, habelə mövcud məhsullar və kreditlərin təkmilləşdirilməsində iştirak etmək;
• Təşkilatın səmərəli marketinq strategiyasının müəyyən edilməsində və təkmilləşdirilməsində iştirak etmək;
• Müvafiq siyasət və prosedurların hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
• Müştəri xidməti standartlarının müəyyən edilməsi və standartların tətbiqinə müvafiq nəzarətin təmin edilməsində iştirak etmək; 
• Müştəri məmnuniyyətinin artırılmasına xidmət edən, müştəri loyallığının güclənməsi, habelə, yeni müştəri kütləsinin cəlb olunması istiqamətində digər təşəbbüs və fəaliyyətlər həyata keçirilməsində iştirak etmək;
• Müştəri uğur hekayələri yazmaq, müştərilər və təşkilatın fəaliyyəti ilə bağlı foto və video-materiallar hazırlamaq, habelə, təşkilatın internet səhifəsinin maraqlı və faydalı material və bölmələrlə təchiz edilməsində iştirak etmək;
• Sosial layihələrin təşkili və həyata keçirilməsində iştirak etmək və s.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• İqtisadi və ya idarəetmə sahəsində təhsil
• Müştəri xidmətləri sahəsində azı 3 il təcrübə
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək bacarığı, insanların psixologiyasına bələd olmaq
• Heyətin idarə olunması sahəsində müvafiq bacarıq və təcrübi biliklər
• Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
• İngilis və rus dillərində danışa və yaza bilmək
• Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək
• Təşkilatın missiyasına sadiqlik
• Regionlara intensiv səfər etmək imkanı (iş yükünün 20%-i birbaşa regionlarda yerinə yetirilir)
• Sürücülük bacarığı

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işə qəbul anketlərini dolduraraq 15 fevral 2014-cü il tarixinədək [email protected] e-ünvanına göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya baş ofisdən əldə edə bilərsiniz.
 
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Müştəri Xidmətləri üzrə Mütəxəssis). Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmayacaq.
 
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Müsabiqədə qalib gəlmiş namizəd işə mart ayında başlayacaq.

Vision Fund AzerCredit LLC is seeking a Customer Service Specialist of Marketing Department for its Head Office.

NBCO “Vision Fund AzerCredit” LLC (AzerCredit) is supporting overall economic growth in the country by providing loans to small and medium businesses to expand their businesses and improve economic standing. As an employer AzerCredit is investing in its human resources by providing modern trainings, creating an effective team spirit and working environment, and strengthening professional skills of the staff in order to foster its more successful future. AzerCredit is currently hiring a Customer Service Specialist to Marketing and Product Development Department. Female candidates are encouraged to apply.

The position will be based in AzerCredit Head Office and the objective is to provide high level customer service based on customer feedback.
 
Key duties and responsibilities:

• Regularly conduct various customer satisfaction surveys and develop relevant reports for management;
• Collect customer feedback and complaints through Customer Complaint and Proposals Boxes, organization’s webpage, email for applications etc., ensure proper responses resolution of applications, develop relevant reports and submit to management;
• Ensure uninterrupted functioning of organization’s “Call Center Hot Line” established for customers, respond to questions, ensure review of applications and complaints, develop relevant management reports;
• Provide complete and accurate answers and advice to customer inquiries about organization’s products and services;
• Support development of new products and services, as well as improvement of existing products and loans through proposals and recommendations based on customers’ opinions, proposals and complaints;
• Participate in identification and improvement of organization’s efficient marketing strategy;
• Participate in development and improvement of relevant policies and procedures;
• Participate in development of customer service standards and follow up on application of those standards;
• Support strengthening customer loyalty, increasing customer satisfaction level, as well as other initiatives and activities aimed at attracting new customers;
• Draft customer success stories, prepare photo and video materials on customers’ and organization’s activities, and contribute interesting and useful materials and sections to organization’s webpage;
• Participate in organization and implementation of social projects etc.

Required qualifications, knowledge, skills and experience

• Economic or management degree
• At least 3 years of customer service experience
• Communication, listening and observation skills, knowledge of human psychology;
• Relevant skills and practical knowledge of staff management;
• Proper assessment of situation and decision making skills;
• Spoken and written English and Russian;
• Computer skills: Outlook, MS Word and Excel
• Commitment to organization’s mission;
• Flexibility to intensive regional travel (20% of work is performed directly in the regions);
• Driving license.

Candidates are required to fill up AzerCredit’s Application Form and submit it via [email protected] e-mail until 15 February, 2014. The Application Form can be downloaded from http://azercredit.az/en/career/how_to_apply web-page or picked up from head office.

Please indicate the position name (Customer Service Specialist) in the “Subject” line of your email. Otherwise the candidacy will not be considered in the review process of the applications collected.

Please be advised that only shortlisted candidates will be invited to the further stages of the recruitment procedure (test & interview). Successful candidate is expected to start in March.