Daxili nəzarət üzrə aparıcı mütəxəssis (Tam Store)

  • Avrora
  • Elanın qoyulma tarixi: 18.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Aylıq plan və rəhbərliyin göstərişinə əsasən xidməti təminat aparılan strukturlarda proses və qaydaları izləyir, yoxlayır və araşdırır, monitorinqlər həyata keçirir;
  • Şirkətdə mal-material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınmasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilməsinin mütəmadi olaraq monitorinqinə nəzarəti təmin edir;
  • Risklərin müəyyən olunması və idarə edilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyənləşdirir, onların yaranmasına səbəb olan amilləri aradan qaldırır;
  • Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir.

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • LOGO proqramı ilə işləmək bacarığı;

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;
  • Maliyyə-mühasibatlıq, audit, təftiş, inventarizasiya sahələrində minimum 3 il təcrübə.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş yeri : Nərimanov rayonu, Aşıq Molla Cümə küç 46B
  • Nahar şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Daxili nəzarət üzrə Aparıcı Mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi