Kart Layihələri və Məhsulların Tətbiqi şöbəsində Kart arxa ofis əməliyyatları qrupunun Eksperti

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Kart məhsulları və terminallar üçün müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
  • Prosesinq sistemlərində gündəlik əməliyyat prosesləri üzrə ortaya çıxan problemlərin həll edilməsi;
  • Rəsmi nəşrlərin, sənaye bülletenlərinin və nəzarət orqanlarının elanlarının müntəzəm izlənməsi, onlardan irəli gələn dəyişikliklər üzrə icra planlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Yeni bank məhsullarının yaradılmasında məhsul sahiblərinin fəaliyyətinə dəstək vermək və kart sistemləri üzrə ekspertizanın təmin edilməsi. Cari dəstəklənən məhsullar üzrə işin və dəstəyin təşkili;
  • Təkrarlanan proseslərin avtomatlaşdırılması barədə həllər təqdim etmək, köməkçi alətlər hazırlamaq;
  • Beynəlxalq ödəniş sistemləri və digər tərəfdaşların daxil olan layihələrə layihə öncəsi ilkin təhlili, planlamanı, icrasını, monitorinqi, işə salınma və sonrakı dəstəyi əhatə edən tam nəzarət;
  • Bazar araşdırması, texniki ekspertiza, requlatorun qaydalarına uyğunluğ təhlili və istifadəçi təcrübəsi testi daxil olmaqla, kart biznes təşəbbüslərinin bütün həyat dövrü ərzində daxili məhsul inkişaf qruplarına hərtərəfli dəstək verməklə, sıx əməkdaşlıq və bilik mübadiləsini təşviq etmək;
  • Dövrü, rüblük və illik hesabatların hazırlanması (ödəniş sistemləri, mühasibatlıq, daxili hesabatlar), lazım olunan hallarda hesabatlığın nəticələrinə uyğun monitorinqlərin keçirilməsi;
  • Prosesinq proqramının dəstəyini təmin edən şirkət ilə operativ işləmək;
  • Bütün daxili müştərilərin, o cümlədən Biznes Mərkəzlər, Müştəri Menecerləri, Biznes Bloklar və s. sorğuların cavablandırılmasına görə nəzarət;
  • Mütəmadi olaraq proseslərin analizi, optimizasiyası və idarə edilməsi, yaranan çətiniklərin aradan qaldırılması üçün müvafiq addımların yerinə yetirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Ali təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 4 il    
  • Xarici dillər: İngilis , rus
  • Kompüter bilikləri: Microsoft Office, SQL (arzuolunandır)
  • Digər bacarıqlar: Koçinq bacarığı, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı

İşəgötürənin reytinqi