Aparıcı kimyaçı mühəndis

  • Avrora
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Laboratoriyada kimyaçı mühəndislərin iş fəaliyyətinə nəzarət etmək
  • Təlimatlara əsasən cihaz və aparatların yoxlanılması,müşahidələrin aparılmasında iştirak etmək
  • Metodik materiallara uyğun olaraq analiz nəticələrini təhlil etmək və onların hesabatını hazırlamaq
  • Laboratoriya prosedurlarının tətbiqinə nəzarət edir və aktuallığını diqqətdə saxlayır
  • Gündəlik aparılan analizlərin (yarımfabrikatların, hazır məhsulların) keyfiyyət təhlükəsizliyi planına əsasən həyata keçirmək və kimyaçı mühəndislərin də analiz qeydlərinə nəzarət etmək
  • Reaktivlərin hazırlanması və sərfiyyatların qeydiyyatını aparmaq
  • Keyfiyyət Təhlükəsizliyində plandan kənar halları araşdırmaq və analiz etmək
  • Xammal qəbulu proseduruna əsasən tələb olunan işləri həyata keçirmək
  • Laboratoriya avadanlıqlarının və nəzarət ölçü cihazlarının istismar qaydasının işçilər tərəfindən yerinə yetirilməsinə nəzarət etmək
  • Yeni metodların araşdırmasını həyata keçirmək
  • Daxili sayımlarda laboratoriya müdiri ilə bərabər iştirak etmək
  • İstehsal proseslərində keyfiyyətə nəzarət nöqtələrini (sanitariya-gigiyena halları, çəkisi, tarixləmə, qablaşdırmanın tamlığı, paletləmə və s.) nəzarətdə saxlamaqla keyfiyyətə nəzarət əməkdaşlarına dəstək vermək

Tələb olunan bilik və bacarıqlar:

  • Kimya sahəsində biliklər 
  • İSO 17025 tələblərinə uyğun laboratoriya avadanlıqları ilə işləmə bacarığı 
  • Laboratoriya analizlərinin aparılması
  • Analiz üçün lazım olan məhlulların hazırlanması
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Kimya, Qida sənayesi üzrə üstünlükdür); 
  • İş təcrübəsi: Laboratoriya sahəsində ( qida sahəsi üzrə) minimum 2 il iş təcrübəsi

İş şərtlərimiz:

  • İş qrafiki : növbəli
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Şirkət hesabına korporativ nömrə;

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı kimyaçı mühəndis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi