İnsan Resursları üzrə Mütəxəssis

İşin təsviri

Tələb olunan biliklər:

  • Əmək qanunvericiliyi;
  • İdarəetmədə müvafiq sənədləşmənin və kargüzarlıq işinin aparılmasına dair qanunvericiliyi;
  • Əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Qanunlarını, müvafiq icra hakimiyyəti orqanlarının normativ- hüquqi və normativ xarakterli aktları;
  • İKT və yüksək səviyyədə MS Office;
  • İdarəetmədə müvafiq sənədləşmənin və kargüzarlıq işinin aparılmasına dair qanunvericiliyi;
  • Yüksək səviyyədə Azərbaycan dili və Rus dili

Tələb olunan səriştəliklər:

  • Kritik düşünmə;
  • Problem həll etmə;
  • Ünsiyyət;
  • Əməkdaşlıq;
  • Səbirlilik;
  • Daxili və xarici müştəri yönümlülük;
  • Təqdimat üsulları;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Məntiqi təffəkkür;

Tələb olunan bacarıqlar:

  • Əməkdaşlar ilə səmərəli ünsiyyət qurma;
  • Effektiv iş planlaşdırma;
  • Kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacarmaq;

Əsas vəzifə öhdəlikləri:

  • “Kadr uçotu üzrə mütəxəssis” vəzifəsində çalışacaq şəxsin əsas funksiyası kadr seçiminə uyğun olaraq işə qəbulu təsdiq edilmiş şəxslərin işə qəbulu prosedurlarını həyata keçirməkdən ibarətdir. Əmr və müqavilələri hazırlamaq, əmək kitabçalarını əmrlər əsasında doldurmaq,
  • Kadr sənədləşməsinə mütəmadi nəzarət etmək, müvafiq qurumlara təqdim olunacaq adiyəti hesabatları hazırlamaq, İşçilərin şəxsi işlərini formalaşdırmaq və qeydiyyatını aparmaq, əcnəbi işçilər üçün iş icazələrini almaq, işdən azad olunma prosedurlarını aparmaq, işçilərin məzuniyyətinin, icazə və işə davamiyyətinin uçotunu aparmaqdır.

İş şərtlərimiz:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 6 günlük iş rejimi 

İş təcrübəsi:

  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi.

Qeyd: CV göndərmək istəyən namizədlər “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək mail adresinə göndərə bilər.