Reklam və İctimai əlaqələr üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (PR, marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi arzuolunandır);
  • Azərbaycan dili biliyi və yüksək qrammatik yazı qabiliyyəti, türk dili, ingilis dili (rus dili biliyi arzuolunandır);
  • Bank sahəsində ən azı 6 il iş təcrübəsi;
  • Kreativ ideyalı və yaradıcı qabiliyyət;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
  • Komandada və Bankın digər funksional strukturları ilə işləmək bacarığı;
  • Yüksək nitq qabiliyyəti;
  • MS Office proqramlarından sərbəst şəkildə istifadə mütləqdir.

Əsas vəzifələr: 

  • PR strategiyasının yaradılması və həyata keçirilməsi;
  • Aylıq post və PR planının hazırlanması;
  • Press-relizlərin hazırlanması və KİV-də bank haqqında yayımlanan məlumatların monitorinqi;
  • Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, internet səhifələrində, ictimai nəqliyyat vasitələrində, müxtəlif sərgilərdə və digər kanallarda reklam tədbirlərinin korporativ qaydalara uyğun olaraq razılaşdırılması, həyata keçirilməsi və nəzarət edilməsi;
  • Bank məhsullarının sosial media kanallarında tanıtımının həyata keçirilməsi;
  • Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və aparılması;
  • Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;
  • Müxtəlif aksiyaların (sərgilər, mətbuat konfransları, təqdimatlar, festivallar, xeyriyyə aksiyaları və s.) təşkilində şirkətin iştirakı ilə bağlı təkliflərin təhlili  və  həyata keçirilməsində iştirak edilməsi;
  • Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təklif edilməsi və icrası;
  • Bankın rəsmi veb saytı, sosial şəbəkələri və digər reklam hesablarında məlumatların  mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və  idarə edilməsi;
  • SEO və rəqəmsal marketinq işlərinin aparılmasında iştirak edilməsi və hesabatların aparılması və araşdırılması;
  • Bankdaxili müxtəlif növ tədbirlərin hazırlanması və idarə edilməsi;
  • Marketinq trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflər hazırlanması, məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər 15.04.2024-cü il tarixinə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Reklam və İctimai əlaqələr” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

İşəgötürənin reytinqi