Beynəlxalq satınalma üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xarici və daxili bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması;
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi;
  • Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla danışıqların aparılması;
  • Satınalma prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Hesabatların hazırlanması və təqdim edilməsi.

Vəzifənin tələbləri:

  • Beynəlxalq münasibətlər, logistika və xarici satınalma ixtisaslarından məzun olmuş yaxud magistr tələbələri.
  • İngilis dili (B2), rus dili və çin dili biliyi üstünlükdür.
  • MS Office proqramları üzrə biliklər.
  • İş təcrübəsi arzuolunandır. İş öyrədilir.

İş şərtləri:

  • İş qrafiki: Bazar ertəsi - cümə, saat 09:00-18:00.
  • Əmək haqqı müsahibə qarşılıqlı razılaşma əsasında təyin olunur. 
  • Ünvan: Yeni Həyat Plaza Zərifə Əliyeva 55, Bakı, Azərbaycan.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Beynəlxalq logistika üzrə kiçik mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi