Mühasib

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatı:

  • Mühasibat uçotu müxabirləşmələri müvafiq proqramında yoxlanılması;
  • Cash flow yığılması,Bank, kassa əməliyyatlarının mədaxili və məxaricinin müvafiq proqramında işlənilməsi;
  • Qiymət razilasdirma protokulu ,təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin hazirlanması, elektron qaimələrin yazılması;
  • Yerli alışların işlənilməsi, idxal üzrə əməliyyatların düzgün icra edilməsinin müvafiq proqramı üzərindən sənədlərlə yoxlanılması;
  • Mal-material ehtiyatlarının mədaxil-məxaric edilməsinin, anbar qalığının yoxlanılması;
  • Aylıq və gündəlik sərfiyyatların müvafiq proqramında işlənilməsi, işlənilmiş digər əməliyyatların yoxlanılması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması,üzləşmə aktlarının tərtib edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının yerinə yetirilməsi

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat,mühasibatlıq və maliyyə üzrə arzu olunandır);
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Microsoft Excel, Microsoft Word proqramlarında yaxşı işləmək bacarığı;
  • Mühasibat sertifikatları ACCA F3 arzu olunandır;
  • Öhdəsinə düşən əmək funksiyalarının vaxtında və operativ yerinə yetirmə bacarığı.

İş şəraiti:

  • Ölkənin qabaqçıl və aktiv inkişaf edən Veliev MMC şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
  • Qanunvericiliyə uyğun sənədləşdirmə
  • Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir
  • Davamlı karyera inkişafı

Vakansiyaya müraciət üçün CV-nizi “Kiçik Mühasib" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.

Ünvan: Sumqayıt şəhəri